Stoltenberq: Heç bir NATO müttəfiqinə qarşı hərbi təhlükə yoxdur

Stoltenberq: Heç bir NATO müttəfiqinə qarşı hərbi təhlükə yoxdur

“Putin başa düşməlidir ki, döyüş meydanında istədiyinə nail olmayacaq”.

Birxeber.Az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Əgər biz davamlı sülh istəyiriksə, Ukraynanı silah və sursatla təmin etməyə davam etməliyik. Bu, bizim transatlantik sənaye bazamızı genişləndirməyi, Ukraynaya tədarükləri artırmağı və öz ehtiyatlarımızı gücləndirməyi tələb edir", - o qeyd edib.

Stoltenberq bildirib ki, hazırda heç bir NATO müttəfiqinə qarşı hərbi təhlükə yoxdur:

"NATO bütün müttəfiqləri müdafiə etməyə hazır olduğu barədə Moskvada yanlış hesablamaların yaranmasının qarşısını almağa davam edir. Bunu, daha çox qüvvə, daha yüksək hazırlıq və artan müdafiə xərcləri ilə göstərir".