Preziden­tin köməkçisi Naxçıvana gedib, müşavirə keçirib

Preziden­tin köməkçisi Naxçıvana gedib, müşavirə keçirib

Azər­baycan Preziden­tinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkov­nik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.

"Birxeber.Az"un xəbərinə görə, Məhərrəm Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla keçirilən görüşdə MR-da daimi dislokasiya olunan ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib və məruzələr dinlənilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silah və döyüş texnikaları ilə təminatı, hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qarşıda duran tapşırıqlar diqqətə çatdırılıb.

Səfər çərçivəsində dövlət sərhədinə, qərargah binalarına, əsgər yataqxanalarına, tibb məntəqələri və digər hərbi obyektlərə, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikasına, aviasiya eskadrilyasına və hərbi təyinatlı vasitələrə baxış və hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib.

Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib və hədiyyələr təqdim olunub.

HƏRBİ HƏRBİ
Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

HƏRBİ HƏRBİ
Azərbaycan Müdafiə Nazirliyi: "Mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır"

Azərbaycan Müdafiə Nazirliyi: "Mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır"

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun PDM ekipajları zirehli texnikadan atışlar icra ediblər

Azərbaycan Ordusunun PDM ekipajları zirehli texnikadan atışlar icra ediblər

HƏRBİ HƏRBİ
Zakir Həsənov bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb

Zakir Həsənov bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb

HƏRBİ HƏRBİ
MN: "Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması barədə məlumat yalandır"

MN: "Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması barədə məlumat yalandır"

HƏRBİ HƏRBİ
Bayraktar: "Azərbaycanlı mühəndislərlə dron və PUA-ları inkişaf etdirmək üçün fəaliyyətə başlamışıq"

Bayraktar: "Azərbaycanlı mühəndislərlə dron və PUA-ları inkişaf etdirmək üçün fəaliyyətə başlamışıq"

HƏRBİ HƏRBİ
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək

HƏRBİ HƏRBİ
Keçmiş təmas xəttindən kənar ərazilərdə mina hadisələrinin qurbanlarının sayı açıqlanıb

Keçmiş təmas xəttindən kənar ərazilərdə mina hadisələrinin qurbanlarının sayı açıqlanıb

HƏRBİ HƏRBİ
Hərbi İnstitutun kursantları praktiki məşğələlər keçiriblər

Hərbi İnstitutun kursantları praktiki məşğələlər keçiriblər

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

HƏRBİ HƏRBİ
Azərbaycan MN: "Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur"

Azərbaycan MN: "Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur"

HƏRBİ HƏRBİ
HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilib

HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilib