“Xırdalan”ın basketbolçusu: “Qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”

“Xırdalan”ın basketbolçusu: “Qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”

“Göstərdiyimiz oyun və qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”.

“Report”un məlumatına görə, bunu “Xırdalan”ın oyunçusu Nəcəf Babayev “Sumqayıt”a 100:90 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XI tur oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Topladığı 21 xalla görüşün qəhrəmanlarından olan N.Babayev bu performansına görə sevindiyini söyləyib: “Oyun çox gərgin və yüksək tempdə keçdi. Rəqib yaxşı çıxış etdi. Biz də komanda oyunu nümayiş etdirdik. Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam”.

Qeyd edək ki, hazırda “Xırdalan” 17 xalla beşinci, “Sumqayıt” isə 14 xalla səkkizinci pillədə qərarlaşır.