Xaçmazda ürəyindən bıçaqlanan kişi ölüb

Xaçmazda ürəyindən bıçaqlanan kişi ölüb

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, 1991-cı il təvəllüdlü Cəbrayılov Qərib Vahid oğlu şəhər mərkəzində küçələrdən birində bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun ürəy nahiyyəsindən bıçaq yarası aldığı məlum olub.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.