Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

Türkiyə vətəndaşı Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

Türkiyə vətəndaşı Fatih Akdağ Azərbaycandan Qazaxıstana ekstradisiya olunub.

Bu barədə "Birxeber.Az"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilən, Türkiyə vətəndaşı, F.Akdağın verilməsinə dair Qazaxıstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

F.Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.