“AzFinance İnvestisiya Şirkəti” ötən ilin birinci yarısında 1 mln. manata yaxın zərər edib

“AzFinance İnvestisiya Şirkəti” ötən ilin birinci yarısında 1 mln. manata yaxın zərər edib

“AzFinance İnvestisiya Şirkəti” QSC 2023-cü ilin birinci yarımili üzrə maliyyə hesabatlarını açıqlayıb.

Birxeber.Az-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “AzFinance İnvestisiya Şirkəti” 953 min 183 manat zərər edib.

Hesabat dövründə şirkətin əsas investisiya xidmətləri üzrə gəlirləri 343 min 155 manat, əməliyyat zərəri isə 896 min 721 manat təşkil edib.

25 iyun 2023-cü il tarixinə “AzFinance İnvestisiya Şirkəti”nin cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 27% və ya 2 milyon 180.3 min manat azalaraq 5 milyon 917.1 min manat, cəmi öhdəlikləri isə 20.5% və ya 922.6 min manat azalaraq 3 milyon 574.1 min manat təşkil edib.

Eyni dövrdə investisiya şirkətinin cəmi kapitalı ötən ilin əvvəli ilə müqayisədə 34.9% və ya 1 milyon 257.7 min manat azalaraq 2 milyon 342.9 manata enib.