Ötən il qadınlar və gənc sahibkarlara 23.5 mln. manat güzəştli kredit verilib

Ötən il qadınlar və gənc sahibkarlara 23.5 mln. manat güzəştli kredit verilib

2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 290 qadın və 108 gənc sahibkara ümumilikdə 23,5 milyon manat güzəştli kredit verilib.

APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, bu kreditlər sahibkarlıq sahəsində çalışan qadınların və gənclərin fəaliyyətinin stimullaşdırılması məqsədilə verilib.