Almaniya Ukraynaya 1,1 mlrd. avroluq yeni yardım paketi hazırlayır

Almaniya Ukraynaya 1,1 mlrd. avroluq yeni yardım paketi hazırlayır

Almaniya hökuməti Ukraynaya hərbi dəstək çərçivəsində 1,1 milyard avro dəyərində yeni yardım paketi hazırlayır.

Birxeber.Az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra brifinq zamanı deyib.

Kanslerin sözlərinə görə, paketə müxtəlif növ silah-sursatla yanaşı, 33 haubitsa, 120 min ədəd döyüş sursatı, 2 ədəd “Skynex” hava hücumundan müdafiə sistemi və IRIS-T üçün raketlər daxildir.