İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçir

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

“Birxeber.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 13,5 manatdır.

İddiaçılar təkliflərini martın 12-si, saat 10:00-a qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.