Fransada exit-pollun nəticələri məlum olub
Fransada keçirilən prezident seçkilərində exit-pollun nəticələri məlum olub.
Birxeber-nın Fransa Televiziyasına istinadla xəbərinə görə, seçicilərin 24,7%-i hazırki prezident Emmanuel Makrona səs verib.
Onun əsas rəqibi Marin Le Pen 23,5% səs toplayıb.
Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 19%-i etimad göstərib.