Report Media Məktəbinin 16-cı qrupu təlim proqramına qoşulub

Report Media Məktəbinin 16-cı qrupu təlim proqramına qoşulub

"Birxeber.Az" İnformasiya Agentliyində (İA) fəaliyyət göstərən Birxeber.Az Media Məktəbinin sayca 16-cı qrupu yeni təlim proqramına qoşulub.

Müraciət edənlərdən 9 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

“Birxeber.Az” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Birxeber.Az Media Məktəbinin tələbələri ilə görüşdə bildirib ki, təlim dövründə xəbərin məhz keyfiyyətli səviyyədə hazırlanması istiqamətində ciddi iş aparılması nəzərdə tutulub:

“Düşünürəm, siz bu sahəyə, jurnalistika peşəsinə kifayət qədər məsuliyyətli yanaşırsınız. Əslində mediada karyera qurmaq elə də çətin deyil. Öz işini bilməli, məqsədinə doğru irəliləməlisən. Hərdən gərgin anlar da az olmur, yəni lazım olduğundan artıq çalışmaq, zamanında xəbəri oxuculara çatdırmaq üçün daha artıq güc sərf etmək lazım gəlir”.

Birxeber.Az Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu bu qrupda məhz jurnalistikanı özünə peşə kimi seçmiş şəxslərin üstünlük təşkil etdiyini vurğulayıb:

“Birxeber.Az Media Məktəbində ötən ildən tətbiq etdiyimiz ənənəni bu il də davam etdirmişik. Azərbaycan Dillər Universitetinin 5 tələbəsi həm təlimlərə, həm də agentlikdə istehsalat praktikasına qoşulub. Başqa təhsil ocaqlarından da jurnalist tələbələr var. Hesab edirəm, bu qrupun üzvləri təlimə daha həvəsli yanaşacaqlar”.

Birxeber.Az Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Birxeber.Az Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.