Dövlət Reklam Agentliyi auditor seçir

Dövlət Reklam Agentliyi auditor seçir

Dövlət Reklam Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 104 manatdır.

İddiaçılar təkliflərini martın 4-ü, saat 10:00-a qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə martın 4-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.