Mərkəzi Bank: Neftin orta qiyməti bu il 80 dollar səviyyəsində olacaq

Mərkəzi Bank: Neftin orta qiyməti bu il 80 dollar səviyyəsində olacaq

Rusiya Mərkəzi Bankı 2024-2025-2026-cı illər üçün “Brent” markalı neftin orta qiyməti üzrə proqnozunu dəyişməyib.

Bu barədə “APA-Economics” Rusiya Federasiyası Mərkəzi Bankın ortamüddətli proqnozuna istinadən xəbər verir.

Sənədə əsasən, bu il “Brent”markalı etalon neftinn orta qiyməti bir barel üçün 80 ABŞ dolları səviyyəsində olacaq (proqnoz dəyişməyib).

Mərkəzi Bank 2025-2026-cı illər üçün “Brent”in orta qiyməti üzrə proqnozunu müvafiq olaraq 75 və 70 dollar səviyyəsində saxlayıb.

Qurumun qiymətləndirməsinə görə, ötən il qeyd olunan göstərici 82 dollar təşkil edib.