BMTM sədri: Ermənistan qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası var, məsələ həll edilməlidir

BMTM sədri: Ermənistan qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası var, məsələ həll edilməlidir

Hüquqi cəhətdən Ermənistanın qanunvericiliyində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası var. Buna görə də, Konstitusiya məsələsi həll edilməlidir.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Dövlət İqtisad Universitetində "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə çıxışı zamanı deyib.

"BMT-də erməni diplomatların çıxışlarında hələ də Dağlıq Qarabağ ifadəsi işlədilir. Yəni ritorik müharibə Azərbaycana qarşı davam edir", - o bildirib.