Azərbaycanda fiber-optik internetlə təmin olunan ev təsərrüfatlarının sayı 650 minə çatıb

Azərbaycanda fiber-optik internetlə təmin olunan ev təsərrüfatlarının sayı 650 minə çatıb

Ölkə ərazisində 649 min ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.

Bu barədə “Birxeber.Az”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, optik kabel texnologiyasının son trendi hesab edilən GPON ənənəvi mis kabel xətləri olmadan yüksəksürətli məlumat ötürülməsinə və hava şəraitindən asılı olmayaraq kəsintisiz xidmət göstərilməsinə imkan yaradır.

Azərbaycanda bu texnologiya ilə fiber-optik şəbəkənin qurulması ilk dəfə 2017-ci ildə başlanılsa da, 2021-ci ildən etibarən daha geniş miqyasda tətbiq edilir. Belə ki, 2017-2020-ci illərdə qurulmuş fiber-optik şəbəkənin əhatə etdiyi ev təsərrüfatlarının sayı 227 min olub. Ancaq təkcə 2021-2022-ci il ərzində 422 min ev təsərrüfatı üçün fiber-optik şəbəkə qurulub.

Ölkə ərazisində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir. Bu layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.

Layihənin əsas operatoru olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

Qeyd edək ki, regionlarda görülən işlərin tərkib hissəsi olaraq, işğaldan azad olunmuş ərazilərdə öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımız üçün sabit telefon şəbəkəsi və sürətli internet xidməti təmin edilir. Bununla yanaşı, əhali təchiz edilmiş sürətli internet vasitəsilə artıq ən ucqar kəndlərdə də rəqəmsal imkanlardan yararlana bilir. İndi məktəblilər Lahıc, Xınalıq kimi ucqar dağ kəndlərində belə asanlıqla fiber-optik internetlə onlayn təhsil almaq imkanı əldə ediblər.

İKT İKT
Mark Zukerberqin sərvəti bu il 44 milyard dollar artıb

Mark Zukerberqin sərvəti bu il 44 milyard dollar artıb

İKT İKT
Beynəlxalq təhlükəsizlik modelinin Azərbaycan dilində versiyası istifadəyə verilib

Beynəlxalq təhlükəsizlik modelinin Azərbaycan dilində versiyası istifadəyə verilib

İKT İKT
Azərbaycanda sığorta sahəsində blokçeyn texnologiyalarının tətbiqi planlaşdırılır

Azərbaycanda sığorta sahəsində blokçeyn texnologiyalarının tətbiqi planlaşdırılır

İKT İKT
“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib

“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib

İKT İKT
Gədəbəy rayonunun kəndində GPON texnologiyasının tətbiqinə başlanılıb

Gədəbəy rayonunun kəndində GPON texnologiyasının tətbiqinə başlanılıb

İKT İKT
Nazir: “Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır”

Nazir: “Azərbaycan və Misir aerokosmik sahədə əməkdaşlıq potensialını araşdırır”

İKT İKT
Samir Şərifov: "Lisenziyasız proqramlardan istifadə cox ciddi cərimələrə səbəb ola bilər"

Samir Şərifov: "Lisenziyasız proqramlardan istifadə cox ciddi cərimələrə səbəb ola bilər"

İKT İKT
“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

İKT İKT
“Bakcell”dən nəqliyyat üçün ağıllı həllər 

“Bakcell”dən nəqliyyat üçün ağıllı həllər 

İKT İKT
Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

İKT İKT
Azərbaycanda radiotezliklərdən istifadənin məhdudlaşdırılacağı hallar məlum olub

Azərbaycanda radiotezliklərdən istifadənin məhdudlaşdırılacağı hallar məlum olub

İKT İKT
Azərbaycanın milli kibertəhlükəsizlik indeksinin formalaşmasına başlanılıb

Azərbaycanın milli kibertəhlükəsizlik indeksinin formalaşmasına başlanılıb