“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu bürünc medal görüşünə çıxacaq

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu bürünc medal görüşünə çıxacaq

Azərbaycanın 4 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində medal şansını davam etdirir.

“Birxeber.Az”un məlumatına görə, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Aydan Vəliyeva (52 kq) bu gün bürünc mükafat uğrunda görüşə çıxacaqlar.

Balabəy Ağayev (60 kq) - Kamoliddin Baxtiyarov (Özbəkistan)

Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)

Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)

Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)

Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz nəticə göstərib.