Göygöl-Kəlbəcər yolu buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib - FOTO

Göygöl-Kəlbəcər yolu buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib - FOTO

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu qar yağması səbəbindən buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb.

APA-nın yerli bürosunun məlumatına görə yolun buz bağlaması avtomobillərin hərəkətinə mane olub. Bu səbəbdən yolda müvəqqəti tıxac yaranıb.