Sumqayıtda sexdə yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıt şəhərində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən "Report"a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.