Lukaşenko ölkənin qərbində diversantların saxlanmasından danışıb

Lukaşenko ölkənin qərbində diversantların saxlanmasından danışıb

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin qərbində diversantların saxlanmasından danışıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “Belarusian Telegraph Agency” (BelTA) məlumat yayıb.

“Ətrafda baş verənləri görürsünüz, lakin siz hələ hər şeyi bilmirsiniz. Konkret detalları sadalamadan əsas məqamları söyləyəcəyəm. Tezliklə bütün bu məsələlərlə bağlı ətraflı məlumat veriləcək. Bu gün Qərbdə hamı və həm də Belarusdan qaçanlar Rusiyanın Ukrayna ilə müharibədə məğlubiyyətinin arzulayır”, - deyə Lukaşenko bildirib.