Əlcəzair Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Əlcəzair Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Birxeber.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri və əziz Qardaşım.

Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkilərdə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.

Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm".