Naxçıvanda ötən ay 654 nəfərə sosial müavinət və təqaüd təyin olunub

Naxçıvanda ötən ay 654 nəfərə sosial müavinət və təqaüd təyin olunub

Sosial müavinət və təqaüd sahəsində ümumi qaydada yaşa, əlilliyə görə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə görə aylıq sosial müavinətlərin təyin edilməsi, həmçinin bir sıra təqaüdlərin təyinatları proaktiv qaydada həyata keçirilir.

Bu barədə "Birxeber.Az"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə yanvar ayında 654 şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Həmçinin, muxtar respublikada birdəfəlik müavinətlər də yeni qaydada təyin edilir.

Məcburi dövlət sosial sığorta haqları hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi də proaktiv qaydada icra olunur ki, yanvar ayında 585 nəfərə proaktiv qaydada bu müavinət növü təyin olunub.