Oleksandr Prokudin: Xersonun 30 faizi işğaldan azad edilib

Oleksandr Prokudin: Xersonun 30 faizi işğaldan azad edilib

Xerson vilayəti hər gün düşmən ordusunun atəşi altındadır, vəziyyət çox gərgindir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib.

O qeyd edib ki, ərazinin cəmi 30 faizi işğaldan azad edilib.

“Hazırda 49 icmanın ərazisindən 17-si işğaldan azad edilib. Xerson vilayətinin azad olunan ərazilərində 27 mindən çox obyekt dağılmış, zədələnmiş vəziyyətdədir. İşğal altında olan ərazilərdə vəziyyətin necə olduğunu təsəvvür etmək belə çətindir", - deyə əlavə edib.

O.Prokudin bildirib ki, vilayət ərazisində müharibədən əvvəl bir milyondan çox əhali var idisə, indi bu ərazilərdə 300 min insan yaşayır.

“Hazırda binaları, mənzilləri bərpa etməyə çalışırıq. Ona görə də insanlar Ukraynanın digər bölgələrindən və başqa ölkələrdən Xersona qayıdırlar”, - o əlavə edib.