İsrail "Hizbullah"ın mövqelərinə hücum edib, bir neçə döyüşçü öldürülüb

İsrail "Hizbullah"ın mövqelərinə hücum edib, bir neçə döyüşçü öldürülüb

İsrail ordusu “Hizbullah”ın mövqelərinə hücum edib, bir neçə döyüşçü öldürülüb.

Birxeber.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ötən gecə İsrail ordusu Livanın cənubunda hərbi əməliyyat həyata keçirib, “Hizbullah” təşkilatının atəş mövqelərinə və hərbi infrastrukturuna aviasiya zərbələri endirilib.

Livanın cənubundakı Kantra kəndinə hücum zamanı bir neçə döyüşçü öldürülüb.