Şirvanda 1 ay əvvəl 74 yaşlı atasını qətlə yetirməyə görə həbs edilən şəxs ölüb

Şirvanda 1 ay əvvəl 74 yaşlı atasını qətlə yetirməyə görə həbs edilən şəxs ölüb

Şirvanda 1 ay əvvəl atasının qətlinə görə saxlanılan şəxs ölüb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, bu il yanvarın 8-də Şirvan şəhəri ərazisində 1950-ci il təvəllüdlü atasını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlunun ötən gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsində öldüyü bildirilir.

S.Şərifov bu gün Şirvanda dəfn edilib.

Qeyd edək ki, S.Şərifov barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanmış, barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.