Abşeronda gözdən əlil qadın sirkə turşusundan zəhərlənərək ölüb

Abşeronda gözdən əlil qadın sirkə turşusundan zəhərlənərək ölüb

Abşeronda gözdən əlil qadın səhvən sirkə turşusu içərək ölüb.

APA xəbər verir ki, hadisə "Abşeron şəhərciyi"ndə baş verib.

Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Abdullayeva Gözəl Qafar qızı yaşadığı ünvanda səhvən sirkə turşusu içib.

G. Abdullayeva xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.