Adı dəyişdirilən tibb müəssisələrində çalışanların fəaliyyətinə aydınlıq gətirilib

Adı dəyişdirilən tibb müəssisələrində çalışanların fəaliyyətinə aydınlıq gətirilib

Adı dəyişdirilən tibb müəssisələrində yalnız ad dəyişikliyi baş tutub.

Bu barədə TƏBİB-dən Birxeber.Az-nın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, bütün kadrlar olduğu kimi fəaliyyətlərinə davam edirlər:

"Bu barədə hər hansı dəyişiklik baş verməyib".

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan bir sıra tibb müəssisələrinin adları dəyişdirilib. Mərkəzin strukturuna daxil edilən bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir. Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb.