Azərbaycan cüdoçusu zədə səbəbindən “Böyük Dəbilqə”də iştirak etməyəcək

Azərbaycan cüdoçusu zədə səbəbindən “Böyük Dəbilqə”də iştirak etməyəcək

Azərbaycan cüdoçusu Kamran Süleymanov (66 kq) zədə səbəbindən Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyəcək.

Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova məlumat verib.

Qurum rəsmisi bildirib ki, 21 yaşlı cüdoçu məşq zamanı yüngül xəsarət alıb. Yığmanın həkimləri və məşqçilər korpusu gənc idmançının turnirə qatılmamasını qərara alıblar.

Qeyd edək ki, “Böyük Dəbilqə” Milli Gimnastika Arenasında keçirilir.