Azərbaycan dövlət başçısı Litva Prezidentini təbrik edib

Azərbaycan dövlət başçısı Litva Prezidentini təbrik edib

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

Birxeber.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.

Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".