İsveçin baş naziri Türkiyə parlamentinin qərarını alqışlayıb

İsveçin baş naziri Türkiyə parlamentinin qərarını alqışlayıb

İsveçin baş naziri Ulf Kristersson Türkiyə parlamentinin krallığın Şimali Atlantika Alyansına üzv olmaq üçün müraciətini bəyənməsini alqışlayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Kristersson X sosial şəbəkəsində bildirib.

“Bu gün biz NATO-nun tamhüquqlu üzvü olmağa bir addım daha yaxınıq. Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzv olmasına səs verməsi müsbət haldır”.

Qeyd edək ki, türkiyəli deputatlar yanvarın 23-də İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyiblər. İndi İsveçin üzvlük ərizəsini ratifikasiya etməyən yeganə NATO ölkəsi Macarıstandır.