Sahibə Qafarova: Milli Məclis öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq

Sahibə Qafarova: Milli Məclis öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq

Milli Məclisin sədri Sahibə Qafarova Prezidentin siyasi məharətinin və səriştəsinin, yaradıcı təfəkkürü və yenilməz əzminin dövlətin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacağını bildirib.

"Report"un məlumatına görə, o, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Qafarova qeyd edib ki, Milli Məclis dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.