Ermənistanda bir qrup məhbus müddətsiz aclıq elan edib

Ermənistanda bir qrup məhbus müddətsiz aclıq elan edib

Ermənistanda “Vanadzor” həbsxanasına bir qrup məhbus müddətsiz aclıq elan edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Bildirilib ki, məhbuslar hava təmizləyici sisteminin, dərman preparatlarının olmamasına, içməli suyun keyfiyyətinin aşağı olmasına və başqa məişət şəraitinin dözülməzliyinə etiraz olaraq aksiya keçirirlər. Hüququ müdafiəçiləri məhbuslarla görüşüb.