Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı azalıb - CƏDVƏL

Cari ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 166,8 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Birxeber.Az-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 41% artıb, kimya sənayesi məhsullarının istehsalı isə 1,4% azalıb.

Məlumata görə, kimya sənayesi məhsullarından yod istehsalı 6,1%, etilen istehsalı 10,3%, propen (propilen) istehsalı 24,3%, polietilen istehsalı 28,3% azalıb, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 64,9%, məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr istehsalı 56,9%, polietilendən kisə və çantalar istehsalı isə 48,1% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2024-cü ilin yanvar ayında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq ayına nisbətən,

faizlə

01.02.2024-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

3480,8

83,3

169,9

ondan:

azot, min kub metr

1959,5

104,8

68,0

Lak-boya məmulatları, ton

1644,2

123,5

304,2

Qeyri-üzvi kimyəvi maddələr, min ton

2260,0

123,5

6620,0

ondan:

yod, ton

16,8

93,9

24,4

Üzvi kimyəvi maddələr, min ton

85,3

94,7

27,9

ondan:

etilen, min ton

13,1

89,7

1,6

propen (propilen), min ton

10,9

75,7

1,1

metanol (metil spirti), min ton

49,0

104,3

17,6

Etil spirti, min dkl

-

-

25,8

Gübrə və azot birləşmələri, min ton

59,1

150,8

43,6

ondan:

karbamid, min ton

59,1

150,8

43,6

İlkin formada plastik kütlə, min ton

22,0

77,7

24,8

ondan:

polietilen, min ton

10,9

71,7

15,1

Yapışqan və yapışdırıcı maddələr, min ton

6,1

88,4

6,6