DİN: “İmişli sakininin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir”

DİN: “İmişli sakininin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir”

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə İmişli rayon sakininin səsləndirdiyi iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidovun "Report"a verdiyi məlumata görə, vətəndaş Hüseyn Həsənovun görüntülərdə səsləndirdiyi iddialar həqiqəti əks etdirmir:

“İmişli rayon sakinləri - İldırım və Mansur Balakişiyevlər barəsində cari ilin sentyabr ayında Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırmalar aparılıb və onlar barəsində toplanılan materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilib.

Lakin aparılan araşdırmalar müddətində, Hüseyn Həsənov xalası oğlu Əbülfət Əsgərovun etibarından istifadə edərək sonuncunun qohumları - İldırım və Mansur Balakişiyevlər barəsində aparılan araşdırmalara təsir göstərəcəyi və müsbət həll edəcəyi barədə yalan vədlər verib. O, Əbülfət Əsgərovun 3 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Hüseyn Həsənov tərəfindən aldadıldığını başa düşən Əbülfət Əsgərov bir müddət sonra bu barədə İmişli Rayon Polis Şöbəsinə müraciət edib. Daxil olan müraciətlə əlaqədar araşdırmalar aparılıb, toplanan materiallarda Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsinin tərkib əlamətləri olduğundan Hüseyn Həsənov barəsində qeyd edilən maddəyə əsasən cinayət işi başlanılıb, ibtidai istintaq davam etdirilir”.

Xatırladaq ki, sosial şəbəkədə İmişli rayon sakini H.Həsənov Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisinin cinayət törədən şəxsləri sərbəst buraxdığını iddia edib. Onun iddiasına görə, sərbəst buraxılan şəxslərin qohumu Əbülfət Əsgərov da ondan 3 500 manat pul tələb edir.

HADİSƏ HADİSƏ
Şabranda avtoxuliqanlıq edən şəxs həbs olunub

Şabranda avtoxuliqanlıq edən şəxs həbs olunub

HADİSƏ HADİSƏ
Cəlilabadda 3 otaqlı ev əşyaları ilə birgə yanıb

Cəlilabadda 3 otaqlı ev əşyaları ilə birgə yanıb

HADİSƏ HADİSƏ
Culfada intensiv yağışlar nəticəsində fərdi yaşayış evi subasmaya məruz qalıb

Culfada intensiv yağışlar nəticəsində fərdi yaşayış evi subasmaya məruz qalıb

HADİSƏ HADİSƏ
Nizami rayonunda 45 yaşlı kişini avtomobil vurub

Nizami rayonunda 45 yaşlı kişini avtomobil vurub

HADİSƏ HADİSƏ
Masallıda evdən 9 000 manatlıq oğurluq edilib

Masallıda evdən 9 000 manatlıq oğurluq edilib

HADİSƏ HADİSƏ
Göyçayda yük avtomobili yolun kənarındakı piyadanı vuraraq öldürüb

Göyçayda yük avtomobili yolun kənarındakı piyadanı vuraraq öldürüb

HADİSƏ HADİSƏ
Bakıda səkiyə çırpılan avtomobil yanıb

Bakıda səkiyə çırpılan avtomobil yanıb

HADİSƏ HADİSƏ
Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb

HADİSƏ HADİSƏ
Daşkəsən sakini qonaq getdiyi məclisdə döyülüb - YENİLƏNİB

Daşkəsən sakini qonaq getdiyi məclisdə döyülüb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Bakıda iki qardaş və bir bacı dalaşıb, bıçaqlanan var

Bakıda iki qardaş və bir bacı dalaşıb, bıçaqlanan var

HADİSƏ HADİSƏ
Paytaxtda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Paytaxtda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

HADİSƏ HADİSƏ
Qaxa dolu yağıb, meyvə ağaclarına ziyan dəyib

Qaxa dolu yağıb, meyvə ağaclarına ziyan dəyib