Dövlət mükafatlarına layiq görülmüş prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilir

Dövlət mükafatlarına layiq görülmüş prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilir

Baş Prokurorluqda dövlət mükafatlarına layiq görülmüş prokurorluq əməkdaşlarının mükafatlandırma mərasimi keçirilir.

APA xəbər verir ki, mərasimdə Baş prokuror Kamran Əliyev də iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən təltif edilmiş, həmçinin Baş prokuror tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim edilməsi mərasiminə Baş Prokurorluğun rəhbərliyi və media nümayəndələri qatılıb.