Azərbaycan ötən il maye qazın ixracını kəskin azaldıb

Azərbaycan ötən il maye qazın ixracını kəskin azaldıb

Ötən il Azərbaycan 9 983,7 ton maye qaz ixrac edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 56,3% azdır.

"Birxeber.Az-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 492,9 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 91,4% azdır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.