Pentaqon F-16-ların Ukraynaya çatdırılma tarixini açıqlayıb

Pentaqon F-16-ların Ukraynaya çatdırılma tarixini açıqlayıb

Qərb 2024-cü ildə ilk F-16 qırıcı-bombardmançı təyyarələrini və onlara xidmət göstərmək üçün avadanlıqları Kiyevə çatdırmağı planlaşdırır.

Birxeber.Az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander Kiyevə silah və hərbi texnikanın tədarükünü koordinasiya etmək üçün Qərb tərəfindən yaradılmış təmas qrupunun növbəti iclasının yekunlarına dair xüsusi brifinqdə bildirib.

“Biz Ukraynanın 2024-cü ildə F-16 proqramı üçün ilkin əməliyyat qabiliyyətini hədəfləyirik”, - deyə o, söyləyib.

Pentaqonun sözçüsü bildirib ki, proqram pilot hazırlığı, platforma hazırlığı, eləcə də texniki kadr hazırlığı, infrastruktur və ehtiyat hissələri, sursatları əhatə edir.

O qeyd edib ki, ukraynalı pilotlara F-16-ları idarə etmək üçün təlim proqramı plana uyğun gedir.