Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edəcək

Fevralın 23-də kənd təsərrüfatı naziri vəzifəsini icra edən Məcnun Məmmədov Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Birxeber.Az" bu barədə nazirliyə istinadən xəbər verir.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (051-993-18-18) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.