Ötən gün vətəndaşlardan 13 silah götürülüb

Ötən gün vətəndaşlardan 13 silah götürülüb

Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 13 silah və sursat götürülüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bundan əlavə, 8 ədəd müxtəlif markalı tüfəng və 43 ədəd müxtəlif çaplı patron təhvil alınıb.

Bundan başqa, ötən gün qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tüfəng, 2 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.