Qazaxıstan Orta Dəhliz vasitəsilə azot gübrəsi ixrac edib

Qazaxıstan Orta Dəhliz vasitəsilə azot gübrəsi ixrac edib

Qazaxıstanın yeganə azot gübrəsi istehsalçısı “KazAzot” SC-nin istehsal etdiyi ammonium nitratın ilk partiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində Azərbaycana yola salınıb.

“Birxeber.Az” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, mineral gübrə əvvəlcə Qazaxıstanın Aktau limanından Azərbaycanın Hövsan limanına, buradan isə Gürcüstanın Batumi limanına çatdırılacaq, daha sonra isə Avropa və dünya bazarlarına nəql olunacaq.

Məhsul 3 ton olmaqla Qazaxıstanın "Türküstan" gəmisi göndərilib. Bu ilin sonuna qədər azı 16 belə partiyanın göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.