Yaponiya Özünümüdafiə Qüvvələrinin Baş Qərargah rəisi xəstəxanaya yerləşdirilib

Yaponiya Özünümüdafiə Qüvvələrinin Baş Qərargah rəisi xəstəxanaya yerləşdirilib

Yaponiya özünümüdafiə qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Yoşihide Yoşida xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, 61 yaşlı Yoşida səhhətinin pis olması şikayəti ilə həkimlərə müraciət edib, bundan sonra müayinədən keçib. Özünümüdafiə Qüvvələrinin Mərkəzi Hospitalının həkimləri onu xəstəxanaya yerləşdirmək qərarına gəliblər.

Onun nə vaxt evə buraxılacağı məlum deyil. Xəstəxanaya yerləşdirildiyi müddətdə Yoşidanın vəzifələrini Baş Qərargah rəisinin müavini Keniçiro Naqumo yerinə yetirəcək.