Azərbaycanın Avropa çempionu: Finalda rəqibim güclü olsa da qalib gəldim

Azərbaycanın Avropa çempionu: Finalda rəqibim güclü olsa da qalib gəldim

Final görüşündə rəqibim güclü olsa da qalib gəldim.

“Birxeber.Az” xəbər verir ki, bunu Azərbaycanın Avropa çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Nihat Məmmədli deyib.

“Görüşlərimin bir çoxu yaxşı keçdi. Amma final görüşündə rəqibim güclü idi. Moldovadan olan idmançı Avropa və dünya çempionu idi. Onunla qarşılaşmanın çətin olacağını bilirdim, amma görüşə yaxşı hazırlaşmışdım. Şükür Allaha ki, əziyyətim yerdə qalmadı. Finalda qalib gələrək Avropa çempionu oldum”, - N.Məmmədli vurğulayıb.

O, qarşıda əsas hədəfinin olimpiya yarışı olduğunu deyib.