Avropa Liqası: "Qalatasaray" evdə Çexiya klubunu məğlub edib

Avropa Liqası: "Qalatasaray" evdə Çexiya klubunu məğlub edib

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, son ölkə çempionu Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2. İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşdə son nöqtəni qoyub.

Qonaqlarda isə 47-ci dəqiqədə Angelo Presiado və 65-ci dəqiqədə Yan Kuçta adını tabloya yazdırıb.

Viktor Nelsson 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq "sarı-qırmızılar"ı azlıqda qoyub. Praqa klubunda isə 80-ci dəqiqədə Matey Runes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü fevralın 22-də olacaq.