Azərbaycan İstanbulda Türk Dünya Tibb Konqresində təmsil olunur

Azərbaycan İstanbulda Türk Dünya Tibb Konqresində təmsil olunur

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti İstanbulda keçirilən Türk Dünya Tibb Konqresində iştirak edir.

Bu barədə "Birxeber.Az"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Konqresdə ölkəmizi səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Türk Tibb Dünyası Konqresinin ilk günündə “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusuna həsr olunmuş panel sessiyalar keçirilib.

Türkiyəli professor Hasan Hüseyin Yıldırımın moderatorluğu ilə “Dayanıqlı qlobal təchizat zənciri idarəetmə modellərinə töhfə” mövzusunda panel müzakirələr aparılıb. Sessiyada çıxış edən Azərbaycan səhiyyə nazirin müavini Rasim İsmayılov ilk olaraq koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər haqqında və əldə olunmuş uğurlu nəticələr barədə məlumat verib.

R.İsmayılov çıxışının davamında koronavirus pandemiyasının istehsalçı və istehlakçı davranışına əhəmiyyətli dərəcədə təsiri, mövcud vəziyyətdə təchizat zəncirlərinin fasiləsiz işləməsi üçün yeni yanaşmaların və alətlərin vacibliyini vurğulayıb: “Bir çox ekspertlər və bazar iştirakçılarının qənaətinə əsasən, tədarük zəncirlərinin yenidən qurulması üçün əsas yanaşmalardan biri "xəritələmə" - təchizat zəncirinin xəritələnməsi, yəni bütün təchizat zəncirinin vizuallaşdırılması olmalıdır. Təchizat zəncirlərinin "xəritələnməsi" təchizatçıları, paylama mərkəzlərini, nəqliyyat marşrutlarını və əsas bazarların coğrafi yerini sistematik şəkildə qiymətləndirməyə imkan verir. Təchizatçıların seçimini apararkən diqqəti xərcləri minimuma endirmək deyil, riskləri minimuma endirməyə yönəltmək lazımdır”.

Türk Dünya Tibb Konqresi ilə paralel olaraq “Türk dünyası səhiyyə biznes sərgisi” keçirilir.

Konqres çərçivəsində sabah TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclası baş tutacaq. Görüşdə səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr və gündəmdəki digər məsələlər ətrafında geniş müzakirələr aparılacaq. Eyni zamanda, səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyən ediləcək.

Sonda dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancarın adını daşıyan mükafatın təltifetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, səfər zamanı Azərbaycan səhiyyə naziri Teymur Musayevin Türk Dünya Tibb Konqresinin iclasında çıxışı, təşkilatın üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri, qardaş Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüş nəzərdə tutulub.

Türk Dünya Tibb Konqresi öz işini oktyabrın 31-də başa vuracaq.

SAĞLAMLIQ SAĞLAMLIQ
Gəncədə dönərxanada nöqsanlar aşkarlanıb

Gəncədə dönərxanada nöqsanlar aşkarlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Azərbaycanda son sutkada 6 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda son sutkada 6 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Güclü küləkdə xəsarət alan iki nəfər təcili yardıma müraciət edib

Güclü küləkdə xəsarət alan iki nəfər təcili yardıma müraciət edib

SAĞLAMLIQ SAĞLAMLIQ
Qanunsuz dərman satan aptek sahiblərinə xəbərdarlıq edilib

Qanunsuz dərman satan aptek sahiblərinə xəbərdarlıq edilib

SAĞLAMLIQ SAĞLAMLIQ
UNESCO Baş direktorunun müavini: "Pandemiya yeniyetmələrə böyük fiziki və psixoloji təsir göstərib"

UNESCO Baş direktorunun müavini: "Pandemiya yeniyetmələrə böyük fiziki və psixoloji təsir göstərib"

SAĞLAMLIQ SAĞLAMLIQ
İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

SAĞLAMLIQ SAĞLAMLIQ
Üç ayda Azərbaycanda 902 əkiz, 54 üçəm doğulub

Üç ayda Azərbaycanda 902 əkiz, 54 üçəm doğulub

SAĞLAMLIQ SAĞLAMLIQ
KİV: “Aİ Pekinə koronavirusla mübarizə aparmaq üçün pulsuz vaksin təklif edir”

KİV: “Aİ Pekinə koronavirusla mübarizə aparmaq üçün pulsuz vaksin təklif edir”

SAĞLAMLIQ SAĞLAMLIQ
Bu il icbari tibbi sığorta çərçivəsində 16 632 ürək-damar əməliyyatı aparılıb

Bu il icbari tibbi sığorta çərçivəsində 16 632 ürək-damar əməliyyatı aparılıb

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST: Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb

ÜST: Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Dünyada koronavirusa yoluxanların sayı 670 milyon nəfərə çatır