Ermənistanın keçmiş iqtisadiyyat nazirinə qarşı cinayət işi açılıb

Ermənistanın keçmiş iqtisadiyyat nazirinə qarşı cinayət işi açılıb

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyana qarşı cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Sabiq nazirə qarşı irəli sürülən maddə barədə məlumat verilmir.

Kerobyan 2020-ci ilin 26 noyabrında iqtisadiyyat naziri təyin olunub. Son günlər İqtisadiyyat Nazirliyinin qalmaqallı hadisələrdə adının hallanması ilə əlaqədar Kerobyanın istefa verməsi ehtimalı irəli sürülüb və o ötən gün vəzifəsini tərk edib.

Qeyd edək ki, həmin qalmaqala görə Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub.