Qərb bölgəsində güclü qar yağır, dağlıq rayonların bəzi yollarında çətinliklər yaranıb - YENİLƏNİB

Qərb bölgəsində güclü qar yağır, dağlıq rayonların bəzi yollarında çətinliklər yaranıb - YENİLƏNİB

Qərb bölgəsində güclü qar yağır, dağlıq rayonların bəzi yollarında çətinliklər yaranıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında qarın yağması daha da güclənib. Bu səbəbdən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib.

Bu hal Şəmkir-Gədəbəy yolunun "Yasamal aşırımı" adlanan hissəsində, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun ucqar kəndlərindən keçən hissələrində daha çox müşahidə olunur.

Dövlət Yol Polisinin əməkdaşları tərəfindən sürücülərə qarlı hava şəraiti səbəbindən yollarda avtomobillərin sürüşməsi, həmçinin digər yarana biləcək məsələlər nəzərə alınaraq idarə etdikləri nəqliyyat vasitələrinlə qəzasız mənzil başlarına çatması üçün ehtiyatlı olmaları, məcbur olmadıqda isə avtomobillə hərəkət etməmələri tövsiyə edilir.

Hava şəraiti səbəbindən yollarda yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində aidiyyəti idarə əməkdaşları tərəfindən işlər aparılır.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda qarlı hava şəraiti davam edir.

17:41

Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarında qarlı hava şəraiti səbəbindən nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, bununla bağlı aidiyyəti qurumlar tərəfindən görülən qabaqlayıcı tədbirlərlə yanaşı, yollarda duz qarışıq qumların səpilməsi, xüsusi texnikalarla yolların təmizlənməsi işləri davam etdirilir.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sürücülərin mənzil başına təhlükəsiz çatmaları üçün ərazilərdə xidmətlər aparılır. Sürcülərə qarlı və buzlu yollarda hərəkət edən zaman ehtiyatlı olmalarını tövsiyə edilir.

Qeyd edək ki, bölgədə son sutka ərzində qeyri-sabit hava şəraiti səbəbindən ciddi yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.