Quttereş: BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda Azərbaycana dəstək verməyə hazırdır

Quttereş: BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda Azərbaycana dəstək verməyə hazırdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda və çoxtərəfliliyin gücləndirilməsində Azərbaycan Hökumətinə və xalqına, Bakıdakı nümayəndəliyi vasitəsilə dəstək verməyə hazırdır.

“Birxeber.Az” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrikində qeyd edib.

Quttereş qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq.