Niyazi Bayramov sakinlərlə görüşüb

Niyazi Bayramov sakinlərlə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər 26 nömrəli tam orta məktəbdə növbəti dəfə sakinlərlə görüşüb.

İcra Hakimiyyətindən Birxeber.Az-ya verilən məlumata görə, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Görüş zamanı sakinlərin müraciətləri tək-tək dinlənilib. Müraciətlər əsasən işlə təminat, müalicə, mənzil növbəliliyi, maddi yardımın göstərilməsi və digər məsələlərdən ibarət olub.

Niyazi Bayramov sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib, bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digər səsləndirilən müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.