Şimali Koreya liderinin bacısı: "Yaponiyanın Baş naziri Pxenyana səfər edə bilər"

Şimali Koreya liderinin bacısı: "Yaponiyanın Baş naziri Pxenyana səfər edə bilər"

Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreyaya səfər edə bilər.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bunu KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Çjon bildirib.

Onun sözlərinə görə, Yaponiya hökuməti rəsmi Pxenyana qarşı indiki münasibətindən əl çəkərsə, Baş nazirin Şimali Koreyaya səfəri baş tuta bilər.

Qeyd edək ki, Kim Yo Çjon Şimali Koreyada qeyri-rəsmi olaraq ikinci şəxs sayılır.