XİN Paşinyanın Azərbaycanın 31 kəndin ərazilərini işğalda saxlamasına dair iddiasını siyasi manipulyasiya adlandırıb

XİN Paşinyanın Azərbaycanın 31 kəndin ərazilərini işğalda saxlamasına dair iddiasını siyasi manipulyasiya adlandırıb

Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir.

Birxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın 15 fevral tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

“Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur”, - deyə açıqlamada qeyd olunub.