Somali Misirdən ordu üçün hərbi texnika istəyib

Somali Misirdən ordu üçün hərbi texnika istəyib

Somali Misirdən Silahlı Qüvvələr üçün hərbi texnika və ordu üçün əlavə təlimlər keçirməyi istəyib, habelə Efiopiya ilə münaqişə şəraitində diplomatik dəstək göstərməyi xahiş edib.

“Birxeber.Az” xəbər verir ki, bunu Somali prezidenti Həsən Şeyx Məhəmməd Qahirəyə səfərindən sonra Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

“Biz Misirdən hərbi texnika, qüvvələrimiz üçün əlavə təlim və diplomatik dəstək verməsini xahiş etmişik”, - deyə o qeyd edib.

1 yanvar 2024-cü ildə Efiopiyanın baş naziri Abiy Əhməd və özünü “müstəqil” elan edən Somalilandın rəhbəri Musa Bihi Abdi Efiopiyanın dəniz limanlarına çıxışını təmin etmək üçün anlaşma memorandumu imzaladılar.

“Addis Standard” qəzetinin yazdığına görə, Somaliland Efiopiyaya suveren dövlət kimi tanınması müqabilində öz ərazisində dəniz bazası yaratmaq imkanı verib.

Beynəlxalq ictimaiyyət Somalilandı Somalinin bir hissəsi kimi tanıyır. Bundan əvvəl 1991-ci ilin yazında birtərəfli qaydada dövlət suverenliyini elan edən Somaliland Somali ilə birləşmək üçün danışıqlara getməyəcəyini bildirmişdi.